AZ

UN-Habitat-ın mütəxəssisi: İnsanlar şəhərsalma siyasətinin mərkəzində olmalıdır ki, proses düzgün və effektiv olsun

Bakı, 22 may, AZƏRTAC

İnklüzivlik və şəhər siyasətləri mövzusu çox önəmlidir və bu sahəyə böyük maraq var.

AZƏRTAC xəbər verir ki, bu sözləri UN-Habitat-ın şəhər siyasəti üzrə mütəxəssisi Everlayn Odiambo Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İnklüziv və ədalətli şəhər keçidlərində gənclərin rolu” adlı tədbirdə çıxışı zamanı deyib.

"Səhv etmirəmsə, pakistanlı nazir belə bir sual vermişdi: “Siz mənzil haqqında danışırsınız, amma kim üçün? Doğrudanmı hamı üçün nəzərdə tutulur?” Bu gün biz bu suala cavab veririk: bəli, UN-Habitat olaraq bizim məqsədimiz hər kəs üçün mənzil və imkanlar yaratmaqdır. Bu da inklüzivlik deməkdir”.

İnsanlar şəhərlərin və şəhərsalma siyasətinin mərkəzində olmalıdır ki, bu proses düzgün və effektiv olsun", - deyə mütəxəssis əlavə edib.

Müxbir - Cavid Əliyev

Seçilən
45
1
azertag.az

2Mənbələr