AZ

Sosial Xidmətlər Agentliyinin nümayəndəsi beynəlxalq konfransda ştirak edib

Bakı, 22 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Portuqaliyanın Porto şəhərində keçirilən “Əlilliyi olan şəxslərə göstərilən xidmətlərdə dəyişikliklərin idarəolunması” beynəlxalq konfransında iştirak edib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, konfrans çərçivəsində əlilliyi olan şəxslərə göstərilən xidmətlərin daha şəxsyönümlü və icma əsaslı təşkili, xidmətlərin keyfiyyətinin artırılması, idarəetmə və liderlik modellərinin müasirləşdirilməsi, kadr potensialının gücləndirilməsi, rəqəmsallaşma və maliyyə dayanıqlılığı məsələləri üzrə müzakirələr aparılıb.

İştirakçılar müxtəlif ölkələrin təcrübələrini bölüşərək sosial xidmət sahəsində innovativ yanaşmalar və effektiv idarəetmə mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

Konfrans zamanı “Əlilliyi olan şəxslərə xidmət göstərən təşkilatlarda dəyişikliklərin idarəolunması”, “İnsan resurslarının idarəolunması və işçi potensialının inkişafı”, “Rəqəmsal transformasiya və innovativ həllər” və digər mövzularda panel və seminar sessiyaları təşkil olunub.

Qeyd edək ki, Avropada Əlilliyi olan Şəxslər üçün Xidmət Təminatçıları Assosiasiyası (EASPD) tərəfindən təşkil edilən beynəlxalq konfrans əlilliyi olan şəxslər üçün sosial xidmətlər və dəstək təmin edən təşkilatların təmsil olunduğu bir şəbəkədir. Təşkilatın məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətini artırmaq, onların hüquqlarını müdafiə etmək və sosial inklüzivliyi təşviq etməkdir.

Sosial Xidmətlər Agentliyi 2022-ci ildən EASPD-nin üzvüdür.

Seçilən
51
3
azertag.az

4Mənbələr