AZ

Azərbaycan Şahmat Federasiyasının hesabat konfransı keçirilir FOTO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat konfransı keçirilir.

İdman.Biz xəbər verir ki, tədbirdə federasiyanın il ərzində həyata keçirdiyi fəaliyyət, ölkədaxili və beynəlxalq yarışlar, Azərbaycan şahmatçılarının nəticələri, eləcə də gələcək layihələr barədə məlumat təqdim olunur.

Hesabat dövründə Azərbaycanda müxtəlif yaş qrupları üzrə ölkə çempionatları, rapid və blits yarışları, Respublika Şahmat Olimpiadası və bir sıra beynəlxalq turnirlər təşkil edilib. Bunlar arasında “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçirilən “Baku Open”, “Sheki Open”, “Shamakhi Open”, “Lankaran Open”, “Guba Open”, “Ganja Open” və “Shirvan Open” yarışları da yer alıb.

Tədbirdə federasiyanın yeni loqosu və yenilənmiş veb-saytının təqdimatı olacaq.

Qeyd edək ki, konfransda həmçinin federasiyanın fəaliyyəti ilə bağlı hesabatların təqdim olunması və gələcək hədəflərin müzakirəsi nəzərdə tutulub.

Şəhriyar Səmədov

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
icma.az

1Mənbələr