AZ

Hörmüz boğazında gərginlik:Gəmilərin hərəkəti və qarşılıqlı iddialar

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması ABŞ-ın blokadasına baxmayaraq, son 24 saat ərzində tankerlər və konteyner gəmiləri də daxil olmaqla 31 kommersiya gəmisinin Hörmüz boğazından keçdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, gəmilərin keçidi İİKK-nın dəniz qüvvələri tərəfindən koordinasiya edilib. Bildirilir ki, ABŞ qüvvələrinin “təcavüzünə” və Fars körfəzində “misli görünməmiş qeyri-sabitlik” yaratmasına baxmayaraq, SEPAH-ın dəniz qüvvələri gəmilərin təhlükəsiz keçidini və qlobal ticarətin davamlılığını təmin etməyə çalışıb.

“Mehr” agentliyinin məlumatına görə, mayın 20-də Hörmüz boğazının idarə olunmasından məsul olan İran administrasiyası bu su yolundan keçid üçün koordinasiya və icazənin tələb olunduğunu açıqlayıb.

Öz növbəsində, mayın 21-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəniz fəaliyyətləri fonunda bölgədə nəzarətin davam etdiyini bildirib və 21 may tarixinə qədər 94 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini, həmçinin blokadanı pozduğu iddia edilən 4 gəminin sıradan çıxarıldığını qeyd edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
34
1
redaktor.az

2Mənbələr