AZ

Premyer Liqaya birbaşa vəsiqə qazanan klub mükafatlandırılacaq

Bu gün I Liqada 2025/2026 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu haqda məlumatı Peşəkar Futbol Liqası yayıb.

Binə qəsəbə stadionunda baş tutacaq 27-ci turun “Zaqatala” – “Şəfa” oyunu bitdikdən sonra başlayacaq mərasimdə mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.

I Liqanın çempionu “Şəfa” olub. Paytaxt təmsilçisi Premyer Liqaya birbaşa vəsiqə qazanıb.

Seçilən
16
1
sportinfo.az

2Mənbələr