AZ

Azərbaycan millisi AL üçün Belarusa yollandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığın növbəti mərhələsini Belarusda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyası yayıb.

Yığmamız bu məqsədlə artıq Minskə yola düşüb. Altı gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komanda yoxlama oyunlarında da qüvvəsini sınayacaq.

Millinin baş məşqçisi Boris Qrebennikov hazırlıq prosesinə 17 voleybolçu cəlb edib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının birinci tur oyunlarını 5-7 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları 12-14 iyunda Rumıniyada, üçüncü turun oyunları isə 19-21 iyunda Bakıda təşkil olunacaq.

Seçilən
1
3
fanat.az

4Mənbələr