AZ

ABŞ-nin İrana qarşı əməliyyatlarında milyonluq zərbə

ABŞ ordusu İrana qarşı döyüş əməliyyatları zamanı 20-dən çox MQ-9 Reaper ağır kəşfiyyat və hücum dronunu itirib.

Redaktor.az xəbər verir ki,bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, itkilər Pentaqonun müharibədən əvvəlki dron arsenalının təxminən 20 faizini təşkil edir. Ümumi zərərin isə təxminən 1 milyard dollar olduğu bildirilir.

Mənbələr qeyd edir ki, dronların əksəriyyəti İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, bir hissəsi isə ABŞ obyektlərinə endirilən raket zərbələri və ya əməliyyatlar zamanı baş verən qəzalar nəticəsində məhv edilib.

Konqres İnformasiya Xidmətinin hesabatında isə bildirilir ki, İrana qarşı hərbi kampaniya zamanı ABŞ ordusu qırıcı təyyarələr, pilotsuz uçuş aparatları və tanker təyyarələri də daxil olmaqla azı 42 hava vasitəsini itirib. Ümumi zərərin 2,6 milyard dollar civarında olduğu qeyd olunur.

Məlumatlarda bu itkilərin ABŞ-nin regiondakı hərbi əməliyyatlarının gedişatına ciddi təsir göstərdiyi vurğulanır.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
27
redaktor.az

1Mənbələr