AZ

Azərbaycanı təmsil edəcək Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı alınıb

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Qış İdman Növləri Federasiyası rusiyalı konkisürən Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı əldə edib.

Federasiyadan İdman.Biz-ə verilən məlumata görə, 13 yaşlı idmançının Azərbaycanı təmsil etməsi ilə bağlı işlərə start verilib:

"Azərbaycan Qış İdman Növləri Federasiyası Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı əldə edib. Lakin onun Azərbaycanı təmsil edəcəyi ilə bağlı rəsmi icazə məktubu Rusiya Fiqurlu Konkisürmə Federasiyası tərəfindən hələ ki bizə təqdim olunmayıb. Rusiya Fiqurlu Konkisürmə Federasiyası tərəfindən Azərbaycan Qış İdman Növləri Federasiyasına müvafiq rəsmi təsdiq məktubu təqdim edildikdən sonra bununla bağlı idman ictimaiyyətinə məlumat veriləcək".

Xatırladaq ki, Aleksandr Plyuşenko fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğludur. A.Plyuşenko atası ilə birlikdə buz şoularında iştirak edir. O, 2017-ci ildən "Plyuşenkonun mələkləri" akademiyasında məşğul olur.

Teymur Tuşiyev

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
icma.az

1Mənbələr