AZ

Rəvan Həsənov: Urbanizasiya insanların kimliyinin, dini və mədəni irsinin qorunması ilə paralel aparılmalıdır

Bakı, 22 may, AZƏRTAC

Müasir dövrdə şəhərlərin yalnız texnoloji və memarlıq baxımından deyil, eyni zamanda, sosial və mədəni baxımdan da inklüziv şəkildə formalaşdırılması vacibdir. Urbanizasiya insanların kimliyinin, dini dəyərlərinin, tarixi və mədəni irsinin qorunması ilə paralel həyata keçirilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da çıxış edərkən deyib.

O qeyd edib ki, yerli xalqların hüquqlarının qorunması bu gün beynəlxalq ictimaiyyət qarşısında dayanan ən mühüm məsələlərdən biridir: “Yerli xalqlar bəşəriyyətin mədəni yaddaşının, tarixi irsinin daşıyıcılarıdır. Bu baxımdan onların hüquqlarının qorunması yalnız hüquqi və siyasi məsələ deyil, həm də mənəvi və humanitar məsuliyyətdir”.

Müxbirlər- Günel Türksoy, Səbinə Əlizadə
Foto- Tofiq Babayev
Seçilən
17
1
azertag.az

2Mənbələr