AZ

Boliviya nümayəndəsi: İnkişaf aborigen xalqların köçürülməsi hesabına olmamalıdır

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İnkişaf aborigen xalqların köçürülməsi hesabına olmamalıdır.

"APA-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Aborigen xalqların hüquqları: Müxtəlifliyi ilə bütün aborigen xalqlar üçün adekvat mənzil" adlı sessiyada Boliviyanın Suyu Suras xalqının yerli lideri və hüquqşünası Ronal Boriz Cruz Martínez deyib.

Onun sözlərinə görə, aborigen xalqlar üçün mənzil yalnız yaşayış yeri deyil, həm də mədəniyyət, adət-ənənələr və torpaqla bağlı həyat tərzinin bir hissəsidir.

O bildirib ki, şəhərlərin genişlənməsi bəzi hallarda aborigen xalqların kollektiv torpaqlarında məcburi köçürülmələrə səbəb olur. Buna görə də şəhərsalma layihələri həyata keçirilərkən yerli icmaların əvvəlcədən məlumatlandırılmış razılığı alınmalıdır.

O vurğulayıb ki, aborigen xalqların kollektiv torpaq hüquqları qanunvericiliklə qorunmalı, mənzil layihələri isə onların iştirakı ilə hazırlanmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
icma.az

2Mənbələr