AZ

İndoneziya sahillərində güclü zəlzələ olub

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Maluku dənizində 5,8 bal gücündə zəlzələ qeydə alınıb

İndoneziyanın mərkəzindəki Maluku dənizində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 3:05-də qeydə alınan zəlzələnin episentri Sulavesi adasındakı Bitunq şəhərindən 111 km şərqdə və Maluku arxipelaqındakı kiçik Maju adasından təxminən 20 km qərbdə yerləşib.

Episentrdəki titrəmənin intensivliyinə əsasən, zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti də zəlzələnin maqnitudasını 5,8 bal olaraq qiymətləndirib. ABŞ seysmoloqlarının məlumatına görə, zəlzələnin episentri 47,7 km dərinlikdə yerləşib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
ayna.az

1Mənbələr