AZ

Mütəxəssis: Bir sıra proseslərin əl ilə icrası məlumat itkisinə və gecikmələrə səbəb olur

Bakı, 22 may, AZƏRTAC

Namibiyada idarəetmə proseslərinin hələ də köhnə üsullarla aparılması bəzi çətinliklər yaradır və bu sistemin rəqəmsal alətlərlə yenilənməsinə ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu sözləri texnologiya və innovasiya üzrə mütəxəssis Livia Şaffer Nono Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Təcrübədə sadə keçidlər: Qeyri-rəsmi və böhran üçün rəqəmsal alətlərin birgə yaradılması” adlı tədbirdə deyib.

O, ölkəsindəki mövcud vəziyyətə də toxunub: “Namibiyada tərəfdaşlarla aparılan iş nəticəsində müəyyən olunub ki, bir sıra proseslər hələ də əl ilə həyata keçirilir və bu da bəzən məlumat itkisinə və ya cavabların gecikməsinə səbəb olur. Məhz bu səbəbdən yaradılacaq yeni sistem bu neqativ halların qarşısını almağa kömək edəcək”.

Müxbir - Aynur Əlixanlı

 

Seçilən
23
azertag.az

1Mənbələr