AZ

“Ermənistan anklavlar mövzusundan imtina edə bilməz” - Paşinyan

“Ermənistan Azərbaycanla danışıqlarda anklavlar mövzusundan imtina edə bilməz”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan Almatı Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü tanıyıblar.

"Almatı Bəyannaməsinin iki ölkə arasında sərhədin demarkasiyası üçün əsas əsas olduğunu təsdiqləyən hüquqi qüvvəyə malik sənəd var", - deyə siyasətçi vurğulayıb.

Paşinyan qeyd edib ki, Almatı Bəyannaməsinə görə, müstəqil Ermənistan Sovet Ermənistanı ilə, müstəqil Azərbaycan isə Sovet Azərbaycanı ilə eynidir.

Paşinyan əlavə edib ki, Ermənistan anklavlar məsələsindən imtina edə bilməz, çünki bu, həm də Ermənistanın suveren ərazisindən imtina etmək demək olardı.

Onun sözlərinə görə, hazırda anklav məsələsinin həlli ilə bağlı heç bir razılaşma və ya strategiya yoxdur.

Daşqın HəsənovMissiya.Az

Seçilən
40
missiya.az

1Mənbələr