AZ

Əfqanıstanda qadınlarda evlilik razılığı OLMAYACAQ?

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Ali Liderinin mətbuat katibi Zəbihullah Mücahid “Ariana” xəbər portalına açıqlamasında bildirib. Onun sözlərinə görə, Ali Lider Heybətullah Axundzadə əvvəlcədən qızın razılığı olmadan evliliyi qadağan edən fərman imzalayıb. Mücahid qeyd edib ki, İslam qanunlarına qarşı yönələn tənqidlər yeni deyil və bu məsələyə xüsusi diqqət yetirilməməlidir. O, həmçinin bildirib ki, yeni qaydalar məhdudiyyətsiz hüquqlar vermir, lakin ailə mübahisələrinin həllində məhkəmə prosedurlarını sadələşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, 21 mayda “The Times” qəzeti Əfqanıstan hakimiyyətinin qızlar üçün minimum evlilik yaşını ləğv etdiyini yazmışdı. İnsan haqları fəalı Horia Mosadiq isə yeni qaydanın qızın yetkinlik yaşına çatdıqdan sonra evlənməsinə imkan verdiyini iddia etmişdi.

Seçilən
41
Ajans.az

1Mənbələr