AZ

Fiona MakKluni: Sosial baxımdan hər kəsi əhatə edən şəhər layihələri üzərində işləyirik

Bakı, 22 may, AZƏRTAC

Burada şəhərlərin fəaliyyəti baxımından son dərəcə vacib olan bir məsələ haqqında danışırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri UN-Habitat-da Siyasət və Qanunvericilik şöbəsinin rəhbəri Fiona MakKluni Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İnklüziv və ədalətli şəhər keçidlərində gənclərin rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, tədbirdə təkcə gənclər yox, cəmiyyətdən kənar qalan digər insanlar da nəzərə alınır: "Məqsəd onların həm qərarların qəbulunda iştirak etməsi, həm də şəhər həyatına daha yaxşı qoşulmasıdır. Xüsusilə sosial baxımdan hər kəsi əhatə edən şəhər layihələri üzərində işləyirik".

Onun sözlərinə görə, Ümümdünya Şəhər Forumunun 13-cü sessiyasına çox böyük maraq olub və təxminən 39 min nəfər qeydiyyatdan keçib

Müxbir - Cavid Əliyev

Seçilən
43
1
azertag.az

2Mənbələr