AZ

“Qadınların və qızların böyük bir hissəsi intim partnyorları tərəfindən zorakılığa məruz qalır” Anaklaudia Rossbax

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Qadınlar gündəlik həyatda bir çox problemlər və maneələrlə rastlaşırlar. Biz çalışırıq ki, birlik olaraq bu maneələrin aradan qaldırılması istiqamətində öz töhfələrimizi verək”.

Gununsesi.info bildirir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı” mövzusunda çıxışı zamanı deyib: UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax deyib:

“Bu proses dünyanın bir çox ölkələrində baş verir və qadınlar böyük çətinliklərlə üz-üzədir.

Təbii ki, məskunlaşma ilə bağlı bir sıra məqamlar mövcuddur. Bir sıra ərazilərdə yaşayan qadınlar təhsil, torpaq və digər hüquqlardan məhrum olunublar. Qadınların bu kimi problemlərinin həlli bir çox çətinliklərin aradan qaldırılmasına da təsir edir.

Qadınların və qızların böyük bir hissəsi intim partnyorları tərəfindən zorakılığa məruz qalır və hətta həyatını itirir. Bu reallıqları gözardı etmək olmaz. Bu istiqamətdə daha effektiv siyasətlər həyata keçirilməlidir.

Biz bütün qadınların qərarvermə prosesinin bir parçası olmasına çalışırıq. Qadınlar anadır, qadınlar liderdir. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci hədəfi ilə də uyğunluq təşkil edir. Gender bərabərliyinin təmin olunması olduqca vacibdir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
icma.az

1Mənbələr