AZ

ŞOK! Qonşu ölkənin raketini ələ keçirib şifrəsini SINDIRDI

Hindistanın qonşusu Pakistan Hərbi Hava Qüvvələrinin inventarında olan Çin istehsalı PL-15E hava-hava raketinin elektron infrastrukturu və radar şifrələrinin çözüldüyü iddia olunub.

Musavat.com xəbər verir ki, Fransa müdafiə mediasına əsaslanan xəbərlərə görə, 2025-ci ilin may ayında Pakistana aid döyüş təyyarəsindən atıldığı və Hindistan ərazisinə düşdüyü güman edilən raket, özünü məhv etmə mexanizmi daşımadığı üçün hind mütəxəssislər tərəfindən detallı şəkildə araşdırılıb.

Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı (DRDO) və Hindistan Hərbi Hava Qüvvələri (IAF), təxminən 145 kilometr mənzilə və Mach 5 sürətinə çata bilən raketin tezlik, radar və məlumat bağlantısı formatlarını analiz edərək bunları öz elektron müharibə məlumat bazalarına inteqrasiya edib.

Əldə olunan bu kritik kəşfiyyat məlumatı sayəsində Hindistan, Pakistanın JF-17 və J-10C döyüş təyyarələrinə qarşı hava müdafiəsi və radioelektron qarışdırma imkanlarını artıracaq proqram yeniləmələrini əməliyyat donanmasına sürətlə tətbiq edib.

Bildirilir ki, bu inkişaf iki ölkə arasındakı hava rəqabətində balansı Hindistanın xeyrinə dəyişə bilər. Həmçinin Yeni Dehli rəhbərliyinin bu texnologiyadan yerli Astra MK-2 raket proqramını inkişaf etdirmək üçün istifadə etməyi planlaşdırdığı qeyd olunub.

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr