AZ

Fiqurlu konkisürən Yevgeni Pluşenkonun oğlu Azərbaycan adından yarışacaq

Rusiyalı fiqurlu konkisürən Aleksandr Pluşenkonun oğlu Azərbaycan adından yarışacaq. Oxuməni.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

Rusiya Fiqurlu Konkisürmə Federasiyası 13 yaşlı Aleksandr Pluşenkonun beş il müddətinə Azərbaycan milli komandasında yarışmasına icazə verib. Yevgeni Pluşenkonun oğlu artıq yeni bayraq altında beynəlxalq yarışlarda iştirak etmək üçün Beynəlxalq Konkisürmə İttifaqından (ISU) icazə almalıdır.

Yevgeni Pluşenkonun oğlunun Azərbaycan milli komandasına keçidini təsdiqlədiyi bildirilir və yeniyetmənin beynəlxalq yarışlarda iştirak etmədiyini və Rusiya milli komandasının üzvü olmadığını açıqlayıb.

Aleksandr Pluşenkonun sosial mediada "Qnom Qnomıç" kimi tanındığı bildirilir.

2022-ci ildə Rusiyalı fiqurlu konkisürənlərin beynəlxalq yarışlardan kənarlaşdırılmasından sonra idman vətəndaşlığını dəyişdirmək Rusiya idmançıları arasında adi bir təcrübəyə çevrilib. Yevgeni Pluşenkonun özü əvvəllər açıq şəkildə bildirib ki, tələbələrini digər milli komandalara keçməkdən çəkindirməyə çalışacaq.

Almaz Həsənli

Seçilən
2
1
oxumeni.az

2Mənbələr