ABŞ prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqseti Polşaya Amerika qoşunlarının rotasiyasını dayandırmaq qərarına görə danlayıb...
Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal hazırkı və keçmiş amerikalı rəsmilərə istinadən yazıb.
Telefon danışığı zamanı Tramp Heqsetdən Polşadakı qoşun rotasiyasının niyə ləğv edildiyini soruşub. Daha sonra ABŞ prezidenti bildirib ki, Vaşinqton Polşaya qarşı belə münasibət göstərməməlidir. Çünki Varşava ABŞ-ın müttəfiqidir və Ağ evlə sıx əlaqələrə malikdir.
Qəzetin məlumatına görə, Heqsetin qərarı həm respublikaçılar, həm demokratlar, həm də Polşa rəsmiləri tərəfindən ciddi tənqid olunub. Polşa tərəfi qeyd edib ki, bu qərarla bağlı onlarla heç bir məsləhətləşmə aparılmayıb.
Bir gün əvvəl Donald Tramp ABŞ-ın Polşaya 5 min hərbçi göndərəcəyini açıqlayıb.
O, mövqeyinin dəyişməsini Polşanın hazırkı prezidenti Karol Navrotskinin "uğurlu seçilməsi" ilə izah edib. Navrotski ötən il keçirilən prezident seçkilərində qalib gəlib.
Poliqon.info