Afrika, Asiya və Latın Amerikası ölkələrində xəstəliklərin azaldılması üçün yeni texnologiyalar, maliyyələşdirmə modelləri və səhiyyə həlləri üzərində işləyən "BillionScale Health" təşkilatının həmtəsisçisi və baş icraçı direktoru Martin Edlund bildirib ki, qlobal səhiyyədə innovasiyaların genişlənməsi gələcəkdə daha çox ölkələrin öz daxili imkanlarına əsaslanacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, yeni “yer əsaslı inkişaf” modeli Asiya, Afrika və Latın Amerikası ölkələrində səhiyyə innovasiyalarının yerli səviyyədə tətbiqini və region üzrə yayılmasını nəzərdə tutur.
Edlundun sözlərinə görə, gələcəkdə uğur yalnız beynəlxalq donorların dəstəyi ilə deyil, həm də yerli mütəxəssislərin hazırlanması, istehsal imkanlarının artırılması və regional əməkdaşlıq sayəsində mümkün olacaq.