AZ

Bu gün şəhid Natiq Əliyevin doğum günüdür

Natiq Əliyev 22 may 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Əslən Qərbi Azərbaycanlıdı. Natiq ailənin 3 övladından biri olub. Orta məktəbi bitirdikdən az sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Əsgərliyi başa vurduqdan sonra isə ailəsinə, evinə dönüb.
Natiq Əliyev 2015-ci ildən 2021-ci ilin 16 noyabrınacan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), Kiçik çavuş kimi fəaliyyət göstərib.

QHT.az xəbər verir ki, o, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədib 2021-ci il noyabrın 16-sı qəfil hərbi əməliyyatlara başlamışdır. Ermənistan hərbçiləri bu istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdir. Başlanan hərbi əməliyyatlarda iştirak edən (MAXE) Kiçik çavuş Natiq Əliyev 16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən şəhid olmuşdur. 17 noyabr 2021-ci ildə onun nəşi ailəsinə təhvil verilmiş və doğulduğu Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Natiq həm də ailəli olub. 2018-ci ildə Gülnar xanımla ailə həyatı qurub və bu ailədən 2020-ci ildə Zeynəb adlı bır qız dünyaya gəlib.

2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Natiq Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Seçilən
38
qht.az

1Mənbələr