AZ

Aİ nümayəndəsi: Bu layihə ANAMA-nın əməliyyat potensialının gücləndirəcək

BAKI, 22 may. TELEQRAF

Hazırda Sloveniyanın İnsan Təhlükəsizliyinin Artırılması üzrə Beynəlxalq Etimad Fondu (ITF) ilə irihəcmli bir layihə üzrə danışıqlar davam edir.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxışı zamanı deyib.

Aİ nümayəndəsi, tezliklə imzalanacaq müqavilənin detallarını açıqlayıb: "Layihə çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat potensialının gücləndirilməsi nəzərdə tutulur. Bura xüsusi mina axtaran itlərin təlimi, zəruri əməliyyat avadanlıqlarının təmin edilməsi və mina qurbanlarına dəstək məqsədilə ixtisaslaşdırılmış təcili tibbi yardım maşınlarının ayrılması daxildir".

O qeyd edib ki, bura həmçinin Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı da cəlb olunub: "İctimai və özəl investisiyaların səfərbər edilməsi Azərbaycan üçün böyük fayda kəsb edəcək, çünki bu, torpaqların azad edilməsini və yenidənqurmanı sürətləndirəcək".

Seçilən
39
teleqraf.com

1Mənbələr