Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən ən böyük beş neft emalı zavodundan biri olan “Lukoil-Nijeqorodnefteorgsintez” 20 may gecəsi Ukraynanın dron hücumundan sonra gücünün yarıdan çoxunu dayandırıb.
Herbiand.az xəbər verir ki, bu barədə “Reuters” sənaye mənbələrinə istinadən məlumat yayıb.
“Lukoil” bununla bağlı şərh verməyib.
Agentliyin məlumatına görə, dron hücumları neft emalı zavodunun AVT-6 ilkin emal bölməsini dayandırıb ki, bu da neft emalı zavodunun gücünün 53 faizini - gündə 25.700 ton təşkil edir. “Lukoil-Nijeqorodnefteorgsintez” Rusiyanın dördüncü ən böyük neft emalı zavodu və ikinci ən böyük benzin istehsalçısıdır. Hücumdan əvvəl ildə 16 milyon ton və ya gündə təxminən 320.000 barel neft emal edə bilirdi.