ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Bakının Sabunçu rayonunda minik avtomobilinin sürücüsü ilə avtobus sürücüsü arasında dava olub.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 19-da Sabunçu qəsəbəsi, Dəmiryolu vağzalının qarşısında baş verib.Oğuz rayon sakini, 1978-ci il təvəllüdlü Rəhim həmin gün saat 20:00-da Dəmiryolu vağzalının qarşısındakı dairəvi yolda idarə etdiyi “Audi” markalı avtomobili ilə hərəkət edən zaman 62 nömrəli xətdə işləyən və avtobusu idarə edən Məhəmmədin (adlar şərtidir – red.) qarşısına keçdiyi üçün sonuncunun ona haqlı olaraq səs siqnalı verməsini cüzi səbəb kimi bəhanə edib.Rəhim heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb və Məhəmmədin ünvanına nalayiq söyüşlər söyüb. Sonra idarə etdiyi avtomobilini avtobusun önündə saxlayıb, digər hərəkət iştirakçılarına mane olub.Daha sonra öz avtomobilinin arxa yük yerindən istintaqa məlum olmayan bir ədəd dəmir parçasını çıxararaq əlində saxlayıb və avtobusun sürücü olan tərəfinə yaxınlaşaraq onu hədələyib.Bununla kifayətlənməyən Rəhim Məhəmmədin əyləşdiyi avtobusun sükan hissəsindəki yan şüşəsinə vuraraq sındırıb. O, özgə əmlakını məhv edib və 62 saylı xətt avtobusunun sahibi olan MMC-yə 3096 manat 91 qəpik maddi ziyan vurub.İş üzrə izahat verən Rəhim bildirib ki, avtomobili ilə hərəkət edən zaman 62 saylı marşrut xəttində işləyən avtobusun qarşısından keçən zaman sürücü səs siqnalı verib:“Mən də avtobusun sürücüsünə kobud cavab verdim, nə üçün siqnal verdiyini dedim. Sürücü məni təhqir etdiyi üçün avtomobilini onun idarə etdiyi avtobusun önündə saxladım və yerə enərək avtobusda sükan arxasında əyləşmiş sürücünün pəncərəsinə yaxınlaşdım. Sürücüyə cavab olaraq təhqir edən zaman, avtobusun sürücüsü də məni söydü. Bundan əsəbləşdim və avtomobilinin arxa yük yerindən dəmir parçası götürdüm.Həmin sürücünün əyləşdiyi pəncərəsinə vuraraq, şüşəni sındırdım. Avtobusun sürücüsü yenə səs-küy saldı, mübahisəyə davam etdi. Mən mübahisə böyüməsin deyə dəmir parçasını avtomobilinin arxa yük yerinə qoydum və oradan getdim”.Təqsirləndirilən şəxsin ifadəsinə görə, avtobusun sürücüsünü vurmayıb, sürücü də onu vurmayıb. Bildirib ki, avtomobillər yolun hərəkət hissəsində dayandığı və kənar şəxslər oraya toplaşdığı üçün digər hərəkət iştirakçılarının hərəkəti dayanıb.İş üzrə zərərçəkmiş Məhəmmədin sözlərinə görə, 62 saylı avtobus marşrutunda sürücü işləyir: “Məlum hadisə günü, saat 20:30-da avtobusun son dayanacağı olan Sabunçu bazarında sərnişinləri endirmək üçün avtobusu orada saxlayan zaman dairəvi yola daxil olarkən “Audi” markalı avtomobil qəfil sağ tərəfimdən qarşıma çıxdı. Həmin avtomobilə səs siqnalı verərkən sonradan adının Rəhim olmasını bildiyim sürücü məni nalayiq küçə sözləri ilə söydü. Mən söyüşü eşitsəm də, ona fikir verməyərək yoluma davam etdim. Bu zaman Rəhim yenə bu dəfə isə qəsdən qarşıma çıxdı və təhlükəli vəziyyət yaradan zaman yenə səs siqnalı verdim. Bu vaxt Rəhim avtomobilini avtobusun önündə saxladı, qarşımı kəsdi. Özü yerə endi, sükan arxasında oturduğum pəncərəyə yaxınlaşdı. Yenə mənə nalayiq sözlərlə nə üçün siqnal verməyimi bildirən zaman bu dəfə mən də onu söydüm. Rəhim isə gedərək avtomobilinin arxa yük yerindən uzun dəmir parçası götürdü və üzərimə gəldi. Həmin dəmirlə avtobusun əyləşdiyim yerin pəncərəsinə vuraraq şüşəni sındırdı. Rəhim məni nalayiq sözlərlə hədələdi, vurmaq istəyən zaman özümü qorumaq üçün pəncərənin şüşəsini bağladım. Bu zaman o, əlindəki dəmirlə qəsdən oturduğum sükan tərəf pəncərəsinin şüşəsini vuraraq sındırdı”.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Rəhim 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.