AZ

Optimal Finance kreditorlarına müraciət etdi

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Mərkəzi Bankının 17 aprel 2026-cı il tarixli 1 saylı qərarına əsasən "Optimal Finance" Bank Olmayan Kredit Təşkilatı MMC-nin 20 dekabr 2020- ci il tarixli BKT-37 saylı lisenziyası ləğv edilib.Demokrat.az bildirir ki, bununla əlaqədar olaraq, Cəmiyyətin təsisçilərinin 4 may 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında Cəmiyyətin yenidən təşkili barədə qərar qəbul edilib.Qəbul olunmuş qərara uyğun olaraq Cəmiyyət 19 may 2026-cı il tarixindən etibarən "Optimal Finance" MMC kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alınaraq yenidən təşkil edilmiş və yeni fəaliyyət növü altında fəaliyyətini davam etdirməyə başlayıb.Hazırkı məlumat cəmiyyətin bütün kreditorlarının, tərəfdaşlarının və digər maraqlı şəxslərin məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələri ilə dərc olunur.Hörmətlə Optimal Finance MMC-nin rəhbərliyi.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr