AZ

Paşinyan: Delimitasiya prosesi şəffaf olacaq

Ermənistan və Azərbaycan Almatı Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü tanıyır.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

Azərbaycanla sərhədlərin delimitasiyası və anklavlar barədə danışan Paşinyan qeyd edib ki, Almatı Bəyannaməsi iki ölkənin sərhədlərinin delimitasiyası üçün fundamental əsas kimi xidmət edən hüquqi cəhətdən məcburi sənəd var. pizza mizza

Almatı Bəyannaməsinə görə, müstəqil Ermənistan Sovet Ermənistanı ilə, müstəqil Azərbaycan isə Sovet Azərbaycanı ilə eynidir.

Baş nazirin sözlərinə görə, delimitasiya prosesi zamanı yollar, infrastruktur və kommunikasiya ilə bağlı məsələlər də müzakirə olunacaq və mümkün həllər açıq və ictimai olacaq:

"Delimitasiya prosesi zamanı hər hansı bir düzəliş edilərsə, onlar açıq, ictimai və şəffaf olacaq".

Paşinyan delimitasiyanın Ermənistan Respublikasının ərazisinin 29.743 kvadrat kilometr ərazini əhatə edəcəyini təsdiqləyib:

"Bu, dəmir məntiqdir; başqa məntiq ola bilməz".


Telegram kanalımız
Seçilən
33
1
yenisabah.az

2Mənbələr