AZ

COP31 öncəsi Türkiyənin əsas hədəfləri AÇIQLANDI

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə bu ilin 9-20 noyabr tarixlərində COP31 iqlim sammitinə ev sahibliyi edəcək. COP31 Antalyada təşkil olunacaq.

Maraqlıdır, hazırlıq işləri hansı mərhələdədir?

Suala Türkiyədən qatılan “Haber Global”ın jurnalisti Gununsesi.info-ya açıqlamasında belə cavab verib.

Onun sözlərinə görə, bu, olduqca böyük təşkilati prosesdir.

“Türkiyə həmin tədbirdə xüsusilə iki məsələni ön plana çıxarmağı planlaşdırır. Bunlardan biri, məlum olduğu kimi, 2023-cü ildə baş verən zəlzələdir”, – deyə o əlavə edib.

Jurnalist qeyd edib ki, zəlzələdən sonra genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb:

“Hazırda bu proses davam edir. İndiyədək təxminən 450 min yaşayış sahəsi istifadəyə verilib. Bununla yanaşı, tikinti və bərpa işləri hələ də davam etdirilir. Bu sahədə görülən işlər dünya ictimaiyyətinə təqdim olunacaq”.

O bildirib ki, digər mühüm məsələ isə yaşıl enerji sahəsidir.

“Türkiyə son illərdə yaşıl enerji istiqamətində ciddi addımlar atır.

Məlumdur ki, Türkiyənin neft və təbii qaz kimi yeraltı sərvətləri çox deyil. Buna görə də ölkə enerji siyasətində prioriteti daha çox yaşıl enerjiyə yönəldib. Bu sahədə həyata keçirilən layihələr və görülən işlər də beynəlxalq ictimaiyyətə təqdim olunacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
icma.az

1Mənbələr