AZ

Hər gün bir ovuc yeyiləndə infarkt riskini sıfırlayır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Kardioloqlar yüksək xolestrinlə mübarizədə effektiv qidalanma strategiyası kimi hər gün bir ovuc qoz və ya badam yeməyi tövsiyə edir.Demokrat.az xəbər verir ki, yüksək xolestrin çox vaxt yaşla bağlı olaraq heç bir əlamət büruzə vermədən inkişaf edir. Lakin bu vəziyyətin gizli irəliləməsi təhlükəni azaltmır. ABŞ Milli Biotexnologiya İnformasiya Mərkəzinin (NCBI) araşdırmaları göstərir ki, vaxtında qarşısı alınmayan yüksək xolestrin ürək-damar xəstəlikləri, infarkt və insult riskini birbaşa artırır.Kardioloq Alan Qoldberqin sözlərinə görə, xolestrinə nəzarət etmək üçün porsiyaları azaltmaq yox, düzgün qidalara üstünlük vermək lazımdır. Bunun üçün lifli qidalar qəbul edilmeli, doymuş yağlar minimuma endirilməli, şəkər məhdudlaşdırılmalı və bitki mənşəli pəhrizə üstünlük verilməlidir.Digər həkim Con Higgins isə qidalanma siyahısına qoz və ya badam əlavə etməyin ən sadə və faydalı vərdiş olduğunu bildirib. Qoz tərkibindəki doymamış yağlar, bitki sterolları, lif və antioksidantlar sayəsində xüsusi faydalı qidalar qrupuna daxildir.Aparılan elmi araşdırmalar da sübut edir ki, müntəzəm qoz istehlakı xolestrin səviyyəsini nəzərəçarpacaq dərəcədə aşağı salır. Tərkibindəki antioksidantlar "pis xolestrin"in (LDL) oksidləşməsinin qarşısını alaraq damarlarda lövhəciklərin yaranmasını əngəlləyir.Qoz yüksək kalorili olduğu üçün gündəlik norma bir ovuc (stəkanın dörddə biri qədər) saxlanılmalıdır. Onu zərərli qəlyanaltıların əvəzinə yemək daha yaxşı effekt verir. Maksimum fayda üçün qozu yulaf sıyığı, meyvə, süzmə qatıq və ya tünd şokoladla birlikdə qəbul etmək olar.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
demokrat.az

1Mənbələr