AZ

Misli Premyer Liqası üçün 2 ci “pley off”çu kim olacaq?

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqası üçün 2-ci “pley-off”çu kim olacaq?

Bu gün Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oynayacaq 2-ci komanda müəyyənləşəcək.

QOL.az xəbər verir ki, bu, 1-ci liqanın sonuncu - 27-ci turunda keçiriləcək "Mingəçevir" - "Səbail" matçından sonra bəlli olacaq.

1-ci liqada ikinci yeri tutan komanda Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək. Hazırda isə "Səbail" 50 xalla 2-ci, "Mingəçevir" 48 xalla 3-cüdür. Bu isə o deməkdir ki, bugünkü görüşdə "Səbail"ə heç-heçə də sərf edir, "Mingəçevir" isə mütləq qalib gəlməlidir.

Oyunu FİFA referisi Elçin Məsiyev idarə edəcək.

22 may

17:00."Mingəçevir” – “Səbail”

Baş hakim: Elçin Məsiyev

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança),

Qeyd edək ki, Premyer Liqaya vəsiqə uğrunda pley-off oyunu mayın 28-də neytral meydanda keçiriləcək.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
qol.az

4Mənbələr