AZ

Bu bürclərin üzərindən nəhayət qara buludlar çəkilir

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Astroloqlar yenə göyün üzünü qarışdırıb ortaya fərqli mənzərə çıxarıblar. Planetlərin indiki düzülüşü bəzi bürclərin həyatını elə kökündən silkələyəcək ki, özləri də mat qalacaqlar.Demokrat.az xəbər verir ki, kosmik enerjinin builki əsas hədəfində 4 bürc var.ƏqrəbƏqrəblər üçün, nəhayət ki, haqq-hesab vaxtıdır. Bu vaxta qədər sizə edilən haqsızlıqlar, çəkdiyiniz o gizli əziyyətlər yerdə qalmır. Göy üzü sizə həm maddi, həm də mənəvi təzminat ödəməyə hazırlaşır. Sizi daxilən yeyib bitirən insanları və keçmişin yüklərini birdəfəlik həyatınızdan silib atmaq üçün bundan yaxşı fürsət tapılmayacaq.BuğaBuğaların uzun müddətdir canını sıxan o qeyri-müəyyənlik dumanı dağılır. İndi tamamilə yenilənmək, hətta imici dəyişmək zamanıdır. Ətrafdakıların sizə qarşı soyuq və anlaşılmaz münasibəti birdən-birə müsbətə doğru çevriləcək. Ən maraqlısı isə odur ki, tam gözləmədiyiniz yerdən cibinizə pul gələ bilər.ƏkizlərƏkizlər o gərgin, emosional sarsıntılarla dolu günləri arxada qoyur. Yenidən diqqət mərkəzinə qayıdırsınız, enerjiniz ətrafdakıları maqnit kimi çəkəcək. Şəxsi həyatı durğun olanlar üçün fərqli sevgi macərası qapıdadır. İşdə isə ağlınıza gələn parıltılı ideyalar sizi rəhbərliyin gözündə tamam başqa mərtəbəyə qaldıracaq.OxatanOxatanlar üçün həyatı tamamilə yenidən qurmaq dövrüdür. Sizi geri çəkən, qorxudan, addım atmağa qoymayan nə varsa – hamısından qurtulursunuz. Yeni iş, fərqli şəhər və ya tamamilə başqa sahəyə keçid birmənalı olaraq gündəmdədir. Astroloqlar deyir ki, yaxın günlərdə qarşınıza çıxacaq təklif gələcək taleyinizi müəyyən edəcək.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
demokrat.az

1Mənbələr