AZ

Yeni mövsümdə İspaniyada hakimlərin işini süni intellekt qiymətləndirəcək

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

La Liqanın prezidenti Xavyer Tebas gələn mövsümdən etibarən İspaniya futbolunda hakimləri qiymətləndirmək üçün süni intellektin tətbiq olunacağını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Marca"ya danışıb:

"Hakimlikdə süni intellekt tətbiq etməyi planlaşdırırıq. İki əsas sahə tətbiq olunacaq. Birincisi hakimlərin qiymətləndirilməsi. Hər matçdan sonra Hakimlərin Texniki Komitəsi (HTK) hakimliyin müxtəlif aspektlərini qiymətləndirmək üçün müşahidəçilərdən istifadə edir. Söhbət 30 fərqli meyardan gedir. Hazırda bu, insanlar tərəfindən edilir; 20 fərqli hakim üçün 30 müşahidəçi var. Süni intellektdən istifadə edərək, qərarların ən azı 40%-nin süni intellektdən istifadə edərək obyektiv şəkildə qəbul edilməsinə imkan verən bir vasitə yaradırıq. Bütün matçlar əsasında bir sistem yaradılır və alqoritmlər hazırlanır. Süni intellekt hər şeyi təhlil edəcək və hakimin harada haqlı olduğunu göstərəcək. Biz prosesi daha obyektiv edirik.

Tabales onu bildirib ki, süni intillekt hakim təyinatlarını da reallaşdıracaq: 

"Mən insan zəkasına inanıram, amma süni intellektin kömək etməli olduğu şeylər var".

"Marca"nın yazdığına görə, süni intellekt müəyyən parametrlərə əsasən hər matç üçün iki və ya üç hakim tövsiyə edəcək, bundan sonra isə bir insan son qərarı verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
sport24.az

1Mənbələr