AZ

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yekun günü başlayıb

Bakıda
Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) altıncı və yekun günü işə başlayıb. 1news.az-ın müxbiri xəbər verir ki, genişmiqyaslı beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
Forumun son gününün gündəliyi əsasən qlobal mənzil böhranına, eləcə də inklüziv, təhlükəsiz və dayanıqlı şəhərsalmanın əsas məsələlərinə həsr olunub.

Xüsusilə iştirakçıların diqqət mərkəzində aşağıdakı mövzular yer alır:

  • əlilliyi olan şəxslərin hüquqları, şəhərlərdə inklüzivlik və əlçatan mühit;

  • Şərqi Avropa və Mərkəzi Asiya regionlarında urbanizasiya, dayanıqlı inkişaf və regional əməkdaşlıq məsələləri;

  • mədəni irsin qorunması;

  • qadınların şəhərsalma, qərarqəbuletmə və sosial inkişaf proseslərində rolu;

  • uşaqların və gənclərin şəhər həyatında fəal iştirakı.

  • Günün sonunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının rəsmi bağlanış mərasimi keçiriləcək və növbəti forum- WUF14-ə ev sahibliyi edəcək ölkənin rəsmi nümayəndəsinə simvolik estafet təhvil veriləcək. Tədbirin yekun akkordu isə WUF13 bayrağının endirilməsi mərasimi olacaq.

    Xatırladaq ki, mayın 17-də Azərbaycanın paytaxtında start götürən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak üçün dünyanın 182 ölkəsindən 40 mindən çox nümayəndə qeydiyyatdan keçib.

Seçilən
28
1news.az

1Mənbələr