AZ

Qəbələdə pley offa hazırlıq

ain.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasında mövsüm iki komanda üçün başa çatdı. “Qəbələ” və “Şamaxı” sonuncu tur çərçivəsində üz-üzə gəldi və “qırmızı-qaralar” qələbəyə sevindi – 3:1.

Görüş formal xarakter daşıyırdı. Nəticənin turnir cədvəli baxımından hər iki komandaya təsiri olmayacaqdı. Bu səbəbdən “Şamaxı”da baş məşqçi Ayxan Abbasov rotasiyalar edərək gənclərə şans verdi. Yekunda bunun nəticəsi özünü tabloda göstərdi. Amma nəticəsi mühüm olmayan oyunda gənclərə şans vermək daha məqbuldur.

“Qəbələ” isə oyuna pley-offa hazırlıq kimi yanaşdı və əsas heyətlə çıxdığı görüşdə rəqibini üstələdi. Kaxaber Sxadadzenin yetirmələri Premyer Liqada qalmaq uğrunda ya “Səbail”, ya “Mingəçevir”lə üz-üzə gələcək. Rəqibin kimliyi bu gün məlum olacaq.

Heyətinə və təcrübəsinə görə “Qəbələ” pley-offun favoritidir. Komanda tək I Liqa təmsilçilərindən deyil, bu mövsüm Premyer Liqada bir çox kollektivdən daha yaxşı, baxımlı oynayıb. Ancaq son zərbələrdəki uğursuzluq təcrübə çatışmazlığı komandanı bu yerlərə gətirib.

Pley-offda arxayınlıq olmaz. Mövsümboyu “sonluq problemi” içində qıvrılan “Qəbələ” həlledici matçda hər şansdan yararlanmalıdır. Əks təqdirdə, bir oyunluq pley-off komanda üçün ağır nəticə ilə yekunlaşa bilər.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
futbolpress.az

1Mənbələr