AZ

Müctəba Xamenei Yəzd yaxınlığındakı yeraltı bazada gizlənir - İsrail kəşfiyyatı

İranın Ali rəhbəri Müctəba Xamenei getdikcə yaxşılaşır və qərarvermə prosesində daha aktiv iştirak edir.

Missiya.Az xəbər verir ki, bu barədə İsrail hərbi Kəşfiyyatı AMAN-ın hökümətə təqdim etdiyi hesabatda deyilir.

Bildirilib ki, Müctəba Xamenei daimi hesabatları dinləyir və məlumat əldə edir. Onun yaraları sağalır və müalicəsi davam edir.

AMAN əlavə edib ki, onunla yalnız məhdud şəxslərə görüş üçün icazə verilir. Bunlara SEPAH komandanı Əhməd Vəhidi, Ali rəhbərin hərbi məsələlər üzrə müşavirləri Yahya Səfəvi, Möhsün Rzayi və Prezident Məsud Pezeşkian daxildir.

Məlumata görə, onu SEPAH-ın xüsusi heyəti mühafizə edir və İsrail kəşfiyyatı Ali rəhbərin yerini müəyyən etməkdə hələ də çətinlik çəkir.

Xameneinin Yəzd yaxınlığında yeraltı bazada ola biləcəyi vurğulanıb, lakin bu məlumatlar təsdiq edilməyib.

Qeyd olunub ki, onun yerini yalnız SEPAH-ın yüksək rütbəli heyəti bilir. Xamenei ilə görüş üçün bütün şəxslər xüsusi yoxlamadan keçir və ən əsası gözləri bağlı olur.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
60
missiya.az

1Mənbələr