AZ

Texnologiya nəhəngləri Trampı süni intellekt fərmanını imzalamaqdan daşındırıblar

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trump süni intellektlə (Sİ) bağlı uzun müddətdir gözlənilən fərmanı imzalamaqdan imtina edib. Buna səbəb isə ABŞ texnologiya sektorunun aparıcı simalarının sənədin bu sahənin inkişafına mənfi təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıqları olub.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, texnologiya sənayesinin liderləri, o cümlədən Elon Mask və Mark Zuckerberg ABŞ prezidentinə bildiriblər ki, administrasiyanın təklif etdiyi yeni təhlükəsizlik yoxlama sistemi ABŞ iqtisadiyyatının əsas texnologiyalarından biri hesab olunan süni intellektin inkişafına mane ola bilər.

Verilən məlumata görə, Ağ Ev artıq aparıcı texnologiya şirkətlərinin rəhbərlərinə cümə axşamı keçirilməsi planlaşdırılan imzalama mərasimi üçün dəvətlər göndərmişdi. Lakin Tramp son anda fərmanı imzalamaqdan vaz keçib.

Mərasimə bir neçə saat qalmış, Silikon Vadisinin bəzi nümayəndələri artıq Vaşinqtona yola düşdükləri vaxt Tramp Oval kabinetdə jurnalistlərə tədbirin ləğv edildiyini açıqlayıb. ABŞ prezidenti qərarını fərman layihəsinin mövcud variantını “bəyənmədiyi” ilə izah edib.

Tramp bildirib ki, sənəd indiki formada qəbul olunarsa, ABŞ iqtisadiyyatına üstünlüklər qazandıran süni intellekt texnologiyalarının inkişafı üçün maneəyə çevrilə bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
icma.az

1Mənbələr