AZ

“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur


İntizamsız davranışlarına görə “Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyevə bir neçə təklif var.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Futbolinfo.az məlumat yayıb.
Saytın əldə etdiyi məlumata görə, Macarıstanın “Ferentsvaroş” klubu müdafiəçini israrla heyətinə qatmaq niyyətindədir. Onlar bir neçə dəfə “Qarabağ”a təklif göndərib. Ağdam klubu Elvinin transferi üçün 1,5 milyon avro transfer məbləği istəyir.
Bununla yanaşı Türkiyənin “Amed” klubu da Azərbaycan yığmasının üzvü ilə maraqlanıb. Superliqaya yeni vəsiqə qazanan komanda transfer məbləğini ödəməyə də hazırdır. Lakin burda məsələ odur ki, Elvin xarici klublardan ilinə 1 milyon avro maaş istəyib. O, meneceri vasitəsilə hər iki kluba yalnız bu şərtlər altında keçəcəyini deyib.
Cəfərquliyevin “Neftçi”yə keçidi də gündəmdə olub. Lakin buna da “Qarabağ” maneə törədib. Ağdam klubu xarici klublardan fərqli “Neftçi”dən daha çox transfer məbləği istəyib. Bakılılar isə razılaşmayıb və keçid baş tutmayıb.
Seçilən
40
13
yeniavaz.com

10Mənbələr