AZ

Bu vərdişlər smartfonların batareyasını məhv edir

Bəzi vərdişlər smartfonun batareyasının və cihazın özünün vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə BGR portalı məlumat yayıb.

Mütəxəssislər istifadəçilərin tez-tez etdiyi və batareyanı məhv edən əsas səhvləri sıralayıblar. Bildirilir ki, insanlar enerjini tənzimləyən, cərəyanı optimallaşdıran və batareyanın həddindən artıq qızmasının qarşısını alan "ağıllı şarj" funksiyalarını çox vaxt görməzdən gəlirlər.

Digər bir zərərli vərdiş isə naməlum markalara məxsus ucuz şarj cihazlarından istifadə etməkdir. Mütəxəssislər yalnız çoxsaylı müsbət rəyləri olan etibarlı kabel və adapterlərdən istifadə etməyi tövsiyə edirlər. Həmçinin, telefonu həddindən artıq isti və ya çox soyuq şəraitdə şarj etmək batareyanın ömrünü ciddi şəkildə qısaldır.

Seçilən
26
publika.az

1Mənbələr