AZ

İranın səhiyyə sütunu dağıdılır? - Əraqçidən AÇIQLAMA

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ və İsrailin hücumları nəticəsində Pasteur İnstitutuna dəyən ziyanın həm milli, həm də regional səhiyyə təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Bəqayi sosial şəbəkə hesabında paylaşım edib.

O, nüfuzlu The Lancet jurnalında dərc olunmuş xəbərdarlığa istinad edərək bildirib ki, institut İranın ictimai səhiyyə infrastrukturunun əsas sütunlarından biri hesab olunur.

Məlumata görə, jurnal institutun fəaliyyətinin dayanmasının “ictimai səhiyyə üçün real, təcili və təhlükəli təhdid” yaradacağı barədə xəbərdarlıq edib.

Bəqayi qeyd edib ki, əsrlik elmi və ictimai səhiyyə müəssisəsinə hücum təkcə bir binaya qarşı deyil, insanların sağlamlıq, elm və həyat hüququna qarşı yönəlmiş addımdır.

O vurğulayıb ki, belə hücumlar regionda səhiyyə təhlükəsizliyi və elmi fəaliyyətlər üçün ağır nəticələr doğura bilər.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
19
1
redaktor.az

2Mənbələr