AZ

“Çiçəklənən Ermənistan” partiyasından olan deputatlığa namizədin evində axtarış aparıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları müstəntiqlərlə birlikdə səhər tezdən müxalifət xadimi və deputatlığa namizəd Andranik Tevanyanın ofisinə axtarışa gəliblər. Ona bundan əvvəl dövlətə xəyanət ittihamı irəli sürülmüşdü.

AzPost xəbər verir ki, “24news” portalının yaydığı şəkilə əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları Tevanyanın ofisinə yerli vaxtla saat 07:00-da daxil olublar. Axtarışlar Ermənistan İstintaq Komitəsinin bir gün əvvəl, mayın 21-də açıldığını bildirdiyi cinayət işi çərçivəsində aparılır. Siyasətçi dövlətə xəyanət və casusluqda ittiham olunur.

Andranik Tevanyan “Çiçəklənən Ermənistan” partiyasından deputatlığa namizəddir. Ona qarşı irəli sürülən ittihamların təfərrüatları hələlik açıqlanmır. İstintaq hərəkətləri davam edir.

AzPost.az

Seçilən
20
1
azpost.info

2Mənbələr