AZ

“Heç vaxt klubdakı problemləri milliyə gətirməmişəm” Emin Mahmudov

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasında sabah İsveçə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi matçla bağlı buları deyib:

– Bizi çox yaxşı komanda gözləyir. Çalışacağıq ki, yaxşı oyun göstərək. Rəqibin gücünü bilirik, istəyirik ki, yaxşı oyunla qələbə qazanaq.

– Bu komanda ilə son oyunda qol vurmuşdun və milli qələbə qazanmışdı. İsveç görüşə revanş üçün çıxacaq…

– Demək olar, karyeramın ən yaxşı oyunu idi. Sabah da qələbə üçün meydanda hər şeyi edəcəm.

– Millidə yeni baş məşqçi var. Hazırlıq üçün vaxtınız oldu?

– Əlbəttə, vaxtımız çox az idi. Normal bir məşq keçmişik. Santuşun fəlsəfəsini yavaş-yavaş öyrənirik. Tapşırıqları oyunda yerinə yetirməyə çalışacağıq.

– “Neftçi”də işlər qaydasında getmir. Bu, millidəki çıxışına təsir edəcək?

– Heç vaxt klubdakı problemləri milliyə gətirməmişəm. Çünki həmişə bunları ayrı qoymağa çalışmışam. Hər yerdə həmişə problemlər çox olur. Bunları kənarda qoyub, millini düşünürəm.

– Ötən oyundakı qələbənin təsadüf olmadığını göstərmək üçün nə etməlisiniz?

– Maksimum diqqətli olmalıyıq. Bizi yaxşı rəqib və güclü futbolçular gözləyir. Onlara qarşı mübarizə aparmağa çalışacağıq. Öz oyunumuzu oynayıb, nəticə qazanmağa çalışacağıq.

– İsveçlə görüşdə hansı taktika ilə oynayacaqsınız?

– Bir günə heç nəyi dəyişə bilmərik. Topla daha çox oynamağa çalışacağıq. Alınacaqmı, görəcəyik.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
futbolpress.az

1Mənbələr