AZ

Derbiyə doğru: “Turan Tovuz”un son oyunlarda üstünlüyü var

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Turan Tovuz” Premyer Liqanın XI turunda bu gün “Kəpəz”i qəbul edəcək. Tovuz şəhər stadionunda baş tutacaq görüşə saat 19:00-da start veriləcək.

“FutbolPress“in məlumatına görə, Qərb derbisi”ndə son oyunlarda tovuzluların aşkar üstünlüyü var. “Turan Tovuz” bu matçlarda 6 qələbə qazanıb, 2 dəfə uduzub. Top fərqi 15:3-dür.

Komandaların son 5 matçında “Turan Tovuz” 4, “Kəpəz” isə 1 qələbə qazanıb.

Bu mövsüm “Kəpəz” turnir cədvəlində sonuncu sıradadır. Gəncə təmsilçisi 10 oyunda cəmi 1 qələbə qazanıb. “Turan Tovuz” isə uğurlu çıxışı ilə diqqət çəkir. Kurban Berdıyevin yetirmələri 10 oyunda 6 qələbə qazanıb, 1 dəfə uduzub. Komanda 21 xalla 2-ci sıradadır.

Kəpəz (Gəncə) – Turan Tovuz 0:2

Turan Tovuz – Kəpəz (Gəncə) 4:0

Kəpəz (Gəncə) – Turan Tovuz 2:1

Turan Tovuz – Kəpəz (Gəncə) 1:0

Kəpəz (Gəncə) – Turan Tovuz 0:3.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
futbolpress.az

1Mənbələr