ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Azərbaycanda toy idarə edən ifaçıların qonorarları ətrafında müzakirələr səngimir. Bəzi tanınmış sənətçilərin məclis üçün on minlərlə manat istədiyi iddia edildiyi halda, daha az məbləğə çalışanlar da var. Səhnədəki böyük qiymət fərqi isə maraq doğurur. Toy bazarında qiymətlərin formalaşmasına ifaçının populyarlığı, mövsüm, canlı performans və sosial şəbəkə aktivliyi kimi amillər birbaşa təsir göstərir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən jurnalist və aparıcı Pərviz Hüseyn qiymət fərqlərinin əsas səbəbini brendləşmə və tələbatla əlaqələndirib:“Hər hansı sənətçinin mahnıları daha çox hit olduqda, həmin ifaçıya tədbirlərdən gələn dəvətlər də artır. Bu isə təbii olaraq qiymətlərə təsir edir. Elə müğənnilər var ki, ardıcıl uğurlu mahnılar təqdim etdikləri üçün zaman keçdikcə toy qiymətlərini daha da yüksəldiblər. Çünki bazarda onlara maraq və tələb artdıqca, onlar da qiymət siyasətlərini buna uyğun formalaşdırırlar. Burada məsələ daha çox bazar prinsipləri və şou effekti ilə bağlıdır. Yəni söhbət yalnız sənətdən, səs imkanlarından və ya keçilən yaradıcılıq yolundan getmir. Toy bazarında əsas diqqət daha çox hansı müğənninin hazırda daha populyar və daha çox tələb olunan sima olmasına yönəlir”.O qeyd edib ki, cəmiyyətdə müəyyən mənada bəhsəbəhs amili də rol oynayır:“Məsələn, hansısa şəxs məclisinə tanınmış və bahalı sənətçini dəvət edirsə, digərləri də eyni addımı atmağa çalışır. Bu isə bir növ status və güc nümayişi kimi qəbul olunur. İnsanlar məclislərində məşhur müğənnilərin iştirak etməsini öz imkanlarının göstəricisi hesab edirlər. Bu prosesdə reklam və sosial şəbəkələrin də ciddi təsiri var. Son dövrlər sənətçilər qatıldıqları toy və tədbirlərdən videolar, storilər paylaşırlar. Bununla həm məclisin necə keçdiyini nümayiş etdirirlər, həm də onlara olan tələbatı göstərməyə çalışırlar. Bu görüntülər digər insanlarda da maraq yaradır və nəticədə həmin sənətçilərə olan tələb daha da artır. Əslində bu, müğənnilərin özləri üçün yaratdıqları bazar strategiyası və karyera planlamasının bir hissəsidir. Onlar həm mediada görünür, həm də tədbirlərdə yaratdıqları atmosferi ön plana çıxararaq qiymətlərini mərhələli şəkildə yüksəltməyə çalışırlar”.Yəni, toy bazarında qiymətləri müğənninin istedadından daha çox, onun nə qədər dəbdə olması, sosial şəbəkələrdəki reklamı və insanların toyda imkan nümayiş etdirmək istəyi müəyyənləşdirir.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.