Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Hondurasın şimalında baş verən iki ayrı silahlı hücum nəticəsində 24 nəfər həyatını itirib. Ölənlər arasında 6 polis əməkdaşı da var.
“Qafqazinfo” xəbər verir ki, Truxilyo bölgəsində silahlı şəxslər kənd təsərrüfatı işçilərinə atəş açıb. Hücum nəticəsində 18 mülki şəxs ölüb.
Digər hadisə isə Omoa bölgəsində, Qvatemala sərhədi yaxınlığında qeydə alınıb. Burada polis karvanı pusquya salınıb və 6 polis əməkdaşı öldürülüb.
Prokurorluğun sözçüsü Yuri Mora bildirib ki, hadisə yerlərində araşdırmalar davam edir və qurbanların kimlikləri müəyyənləşdirilir.
Riqores kəndi yaxınlığında yaşayan yerli icma nümayəndələri bölgədə təhlükəsizlik vəziyyətinin ağır olduğunu deyiblər. Onların sözlərinə görə, ərazidə tez-tez silah səsləri eşidilir və sakinlər qorxu içində yaşayırlar.
Hondurasın təhlükəsizlik naziri Qustavo Sançez Velaskes hücumları “dəhşətli” adlandırıb.
Nazir qeyd edib ki, bölgə uzun illərdir narkotik qaçaqmalçılığı qrupları və torpaq mübahisələri səbəbindən gərginlik yaşayır.
Hücumlar Konqresin mütəşəkkil cinayətkarlıqla mübarizə üçün yeni təhlükəsizlik islahatlarını qəbul etdiyi bir dövrdə baş verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.