AZ

“Əl Nəsr”in baş məşqçisi Jezuş komandadan ayrılacağını açıqlayıb

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Əl-Nəsr”in baş məşqçisi Jorje Jezuş 2025/2026-cı illər mövsümündə Səudiyyə Ərəbistanı Pro Liqasında qalib gəldikdən sonra komandadan ayrılacağını açıqlayıb.

İdman.Biz bildirir ki, portuqaliyalı məşqçi komandanı 2025-ci ilin avqustunda təhvil alıb.

“Mən bu çağırışı (“Əl-Nəsr”i məşqçilik etmək üçün) yalnız Kristianuya “Sənin çempion olmağına kömək edəcəyəm, titul qazanacağıq və sonra gedəcəyəm” dediyimə görə qəbul etdim. Vəssalam. Mənim üçün hər şey bitdi. Bu, “Əl-Nəsr”in məşqçisi kimi son oyunumdur”, - deyə Jezuş bildirib.

Səudiyyə Ərəbistanı çempionatının 34 turundan sonra “Əl-Nəsr”in 86 xalı var və turnir cədvəlini birinci yerdə başa vurub. “Əl-Hilal” isə 84 xalla ikinci yerdədir.

Qeyd etmək lazımdır ki, hücumçu və komandanın kapitanı Kriştianu Ronaldu ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
109
3
icma.az

4Mənbələr