AZ

Yas mərasimi keçirtmək əvəzinə abadlıq işləri görürlər - VİDEO

Yas mərasimlərində dəbdəbəli süfrələr, israf hesab olunan ehsan, dəbədəli məzar daşı və.s kimi məsələlər artıq yığışdırılıb.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, Tovuz  rayonunun  Əyyublu kəndində kənd rəhbərliyi, ağsaqqallar şurası və  bütün kənd sakinləri  qərara gəlib ki, yası düşən kənd sakini mütləqdir ki, ümumi ehsan üçün bir iş görsün.
 

13 minə yaxın əhalisi olan kənddə artıq bu məqsədlə işlərə başlanılıb. Keçilməsi çətin olan küçələrin yol yatağı təmir edilir, yollar kol-kosdan təmizlənir, küçələr işıqlandırılır. Görülən işlərin maliyyə tərəfini yas sahibi qarşılasa da kənd əhalisi iş qüvvəsini təmənnasız həyata keçirirlər.


Kənd bələdiyyəsindən də bildirildi ki, işlər artıq ənənə halını alıb. Artıq, Əyyublu kəndində başladılan bu təşəbbüs qonşu kəndlərdə də dəstəklənib və onlar da yas mərasimlərindəki israfçılığı xeyriyyə işləri ilə əvəzləməyə başlayıblar.



Bizim.Media

Seçilən
123
2
bizim.media

3Mənbələr