AZ

“Samsung” mühüm bazarda liderliyini itirib

Bakı, 22 may, AZƏRTAC

Cənubi Koreyanın “Samsung” korporasiyası artıq dünyanın lider televizor istehsalçısı deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə “Counterpoint Research” (CR) şirkətinin hesabatında bildirilir.

Bu IT nəhəngi uzun müddət televizor bazarında mübahisəsiz lider olub. Lakin CR-in noyabr hesabatında “Samsung”un bazar payının 17 faiz, əsas rəqibi olan Çinin “TCL” şirkətinin payının isə 16 faiz olduğu göstərilib. Analitiklər 2025-ci ilin dekabr ayının nəticələrinə əsasən “TCL”in “Samsung”u geridə qoyduğunu təsdiqləyiblər.

“TCL”in bazar payı 16 faiz olub. “Samsung” isə 13 faizlə ikinci yerə düşüb. Sonrakı yerlərdə müvafiq olaraq 12, 8 və 5 faiz payla “Hisense”, “LG” və “Walmart” qərarlaşıb.

“Bir neçə aydır “TCL” bazardakı mövqeyini gücləndirir. İlin sonundakı kəskin artım şirkətə dekabr ayında “Samsung”u geridə qoymağa imkan verdi. Bu, cəmi bir ayın nəticəsi olsa da, “TCL”in tədarük həcmi illik müqayisədə davamlı artım göstərir”, – deyə CR-in tədqiqatlar üzrə direktoru Bob O'Brayen bildirib.

Şirkətin hesabatında qeyd olunur ki, 2025-ci ilin dekabr ayında televizor tədarükü illik müqayisədə 1,6 faiz artıb. Bununla yanaşı, bütövlükdə 2025-ci ildə bazarda 0,13 faiz həcmində cüzi azalma qeydə alınıb.

 

Seçilən
103
1
azertag.az

2Mənbələr