AZ

Vuçiç Serbiyada parlament seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb

Serbiyada parlament seçkiləri payızda, sentyabrın sonundan noyabrın ortalarınadək olan dövrdə keçiriləcək.

"Far.Az" xəbər verir ki, bu barədə respublikanın prezidenti Aleksandar Vuçiç Serbiya Radio və Televiziyasının efirində bildirib.

"Seçkilər sentyabrın sonundan noyabrın ortalarınadək olan dövrdə keçiriləcək", - o qeyd edib.

Mayın əvvəlində ölkə lideri Serbiyada növbədənkənar parlament seçkilərinin iki ay və ya yarım il sonra keçirilə biləcəyini mümkün hesab edirdi.

Serbiya parlamentinin spikeri Ana Brnabiç bildirib ki, hakim Serbiya Tərəqqi Partiyası Vuçiçə gələcək parlament seçkilərində baş nazir postuna öz namizədi olmağı təklif edəcək.

Seçilən
145
far.az

1Mənbələr