AZ

Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib

Kopenhagen İqlim Nazirləri Toplantısında beynəlxalq iqlim rejiminin gələcəyi, effektiv, inklüziv və icraya yönəlmiş çoxtərəfli prosesin qorunub saxlanılmasının vacibliyi barədə fikir mübadiləsi aparıldıb.

"Report" xəbər verir ki, bunu sözügedən toplantıda iştirak edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, COP29 maliyyə və şəffaflıq üzrə mühüm nəticələrin irəlilədilməsinə kömək edib, sədrliklər arasında davamlılıq isə COP31 ərəfəsində dinamikanı qoruyub saxlamaq üçün vacib olaraq qalacaq.

"Qarşıdan gələn dövr qlobal iqlim gündəliyi üzrə dinamikanı qoruyub saxlamaq və çoxtərəfli əməkdaşlığa olan etimadı gücləndirməklə yanaşı, son nəticələri konkret irəliləyişə çevirmək baxımından mühüm əhəmiyyət kəsb edəcək", - M. Babayev bildirib.

Seçilən
107
far.az

1Mənbələr