AZ

"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirildi

Qəzzaya humanitar yardım aparan "Qlobal Sumud Donanması"nın üzvləri Türkiyəyə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "X" sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə 41 ölkədən 422 nəfər "Türk Hava Yolları" (THY) tərəfindən təşkil olunan xüsusi reyslə Türkiyəyə gətirilib. ONlardan 85-i Türkiyə vətəndaşı olub.

Onları hava limanında XİN başçısının müavini Ali Özel qarşılayıb.

"Ali Özel hər zaman və hər yerdə vətndaşlarımızın yanında olmağa qətiyyətlə davam edəcəyimizi vurğulayıb", - məlumatda qeyd olunub.

Seçilən
46
2
publika.az

3Mənbələr