AZ

Arsenal ın büdcəsinə tam 770 milyon əlavə olundu ƏTRAFLI

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

İngiltərə Premyer Liqasında 22 illik fasilədən sonra möhtəşəm çempionluq yaşayan Londonun "Arsenal" klubu maliyyə baxımından tarixi uğura imza atır.

Fanat.Az Britaniyanın məşhur "Football Insider" nəşrinə istinadən xəbər verir ki, "topçular" Premyer Liqada qazanılan zəfər və avrokuboklardakı uğurlu çıxış sayəsində bu mövsüm rekord həddə – 770 milyon funt-sterlinq gəlir əldə etmək ərəfəsindədir.

Bu göstərici ilə London təmsilçisi, "Mançester Siti" klubunun daha əvvəl imza atdığı 715 milyon funt-sterlinqlik Premyer Liqa rekordunu rəsmən geridə qoyub.

Əldə olunan nəhəng qazanc sayəsində "Arsenal" klubu qlobal futbol iqtisadiyyatında "Real Madrid" və "Barselona"nın ardından Avropanın ən zəngin ilk üç klubundan birinə çevrilməyi hədəfləyir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
2
fanat.az

3Mənbələr